İNSANLARIN ÜZÜNDƏ SEVİNC GÖRMƏK ONU XOŞBƏXT EDİR
Baxış sayı: 754
"Tahir ART" imzası ilə tanınan bu qubalı gəncin sorağını biz də sosial şəbəkələrdən aldıq. Paylaşımlarında yolda gördüyü insanları özlərindən xəbərsiz rəsmlərini çəkib onlara verirdi. Bu zaman insanların üzlərində yaranan sevinc əslində diqqətimizi çəkmişdi. Biz də Tahiri yaxından tanımaq istədik. Tahir Zahirov 1998-ci ildə Qubada anadan olub. O, Pedaqoji Universitetin tələbəsi olsa da 10 ildən çoxdur ki, rəssamlıqla məşğuldur. Rəssamlıq sənətinin sirlərini atasından öyrənən Tahir indi təkcə rəssamlıqla məşğul olmur. O çəkdiyi rəsmlərlə insanlara sevinc ərmağan edir. Gənc rəssam deyir ki, insanların üzlərində sevinc görmək onu xoşbəxt edir.