İNSANLAR QƏHVƏYLƏ 3 MİN ƏVVƏL TANIŞ OLUB

3000 illik bir tarixi olan qəhvənin ilk kəşfi, hazırlanma qaydaları və insanlar arasında çox istifadə olunması və neftdən sonra dünyada ən böyük ticarət bazarına sahib olduğunu bilirdinizmi?

Hesab edilir ki, insanlar ilk dəfə qəhvəni 3000 il bundan əvvəl içməyə başlayıblar. Qəhvə ağacının meyvələrini içmək fikrinə düşmək insanlar üçün o qədər də asan olmayıb, çünki kal vəziyyətdə bu meyvələr çox dadsız və acı olur. Bu səbəbdən qəhvədən içki kimi istifadə edənədək çox uzun zamanlar keçib. Əvvəllər insanlar qəhvə ağacının yarpaq və dənələrini yalnız çeynəyiblər, bu da onlara gün ərzində gümrah qalmağa kömək edib. İlk dəfə qəhvə dənələrini qovuranın kim olduğunu bilmək mümkün olmasa da, belə bir fərziyyə var ki, qəhvə kollarının yandırılmasından sonra insanlar küldə bütöv qalmış, lakin qovrulmuş dənələr tapıblar. Qəhvə bir çox insanların zövqünü oxşayıb və bütün dünyada böyük populyarlıq qazanıb. Azərbaycanda qəhvə istehsal olunmasa da, ötən illərlə müqayisədə xaricdən idxal olunan qəhvə və qəhvə əvəzedicilərinin miqdarı hər il olduqca artır.Ölkəmizdə çaydan sonra ikinci ən çox sevilən içki halına gələn qəhvənin bir çox çeşidləri var. Bunlardan biri də Azərbaycanda qısa bir müddət əvvəl "Showroom"unun yaradılmasına baxmayaraq, olduqca çox sevilən İtaliyanın məşhur qəhvə brendi "Filicori Zecchini" dir. Flicorinin Məhsulları adlarına görə “Espreso blend”, “Cave”, “Arkadya” “Filtro” kimi çeşidlərə bölünür. Hər çeşidin özünə məxsus dəmlənmə metodları var. Eyni zamanda Flicori brendinin şokolodları, çayları, kofeleri və hədiyyəlik şokoladlar kimi məhsulları da mövcuddur.