İNSAN SAĞLAMLIĞINDA SUYUN FAYDALARI

Su bədənimiz üçün çox vacibdir və təxminən 70 faizini təşkil edir. Çünki bu möcüzəvi içki bədənimizin sağlam bir şəkildə çalışmasına  imkan verir.

Suyun  bədəndəki bütün hüceyrələrin və toxumaların qidalanmasından zərərli maddələrin bədəndə xaric edilməsinə qədər bir çox faydası olduğu bilinir. Buna görə də suyun faydalarını saymaq bitməz. Bəs yaşam üçün bu qədər önəmli olan suyu nə qədər içmək lazımdır və necə bir su içmək lazımdır? Bu işin biliciləri gündəlik içilən suyun miqdarı ilə bağlı fərqli düşüncədə olsalar da, hamısının razılaşdığı bir qərar var.  Bu qərar suyun bir insanın gündəlik sərf etdiyi enerjiyə bağlı olmasıdır. Yetkin insanlarda  enerji xərcləməsinin 1 kalori üçün 1-1.5 ml ağırlığında suya ehtiyacı var. Gündə 1500-2000 kalori sərf edirsinizsə, gündə 1,5-2 litr su içilməlidir. Mütəxəsislər həmçinin gündəlik içilən suyun ölü su olmamasını da tövsiyyə edirlər. Belə ki, qaynadılmış suyun tərkibində bütün mikro elementlər öldüyündən o su ölü su sayılır və insan orqanizminin mikroflorasına heç bir təsir göstərə bilmir. Ekspertlərin fikrincə hazırda Azərbaycanda müxtəlif brendlər altında satılan suların bəzilərinin də tərkibinə doğal olmayan qatqılar əlavə olunduğundan onları da ölü sular adlandırmaq olar. Lakin aparılan araşdırmalar təsdiq edib ki, Böyük Qafqazın təbii mineral suları olan “Dübrar”ın mənbəyi Dübrar dağındakı bulaqlardı. Aparılan müxtəlif araşdırmalara görə “Dübrar” sularının istehsalı zamanı heç bir kənar qatqılardan istifadə olunmadan sular yalnız filtirlənərək qablaşdırılır. Yəni “Dübrar” suları mənbəyindəki kimi saf təmizdir.