İNDİKİ VAXTDA EV ALMAQ SƏRFƏLİDİRMİ?

Çində başlayan yeni növ koronavirusun nəzarətdən çıxaraq digər ölkələrə yayılması dünyada vəziyyəti başqa istiqamətə dəyişdi desək yanılmaram.

Eləcə zərər görən sahələrdən biri daşınmaz əmlak bazarı oldu.2020-ci ilin yanvar ayında və fevralın ortalarına qədər ölkəmizin daşınmaz əmlak bazarında canlanma müşahidə olunmasa da, ən azından stabillik hökm sürürdü. Daşınmaz əmlak üzrə eskpert Elnur Fərzullayevin fikrincə, əmlak bazarında durğunluğa səbəb olan səbəblər kimi tikinti, bank-maliyyə və digər sektorlardakı durğunluğu da göstərə bilərik. Daşınmaz əmlak bazarındakı qiymətlərə gəlincə, ekspert hesab edir ki, hər şey koronavirusla bağlı hadisələrin necə inkişaf etməsindən asılı olacaq. Bir sözlə , daşınmaz əmlak bazarının taleyi pandemiyanın nə vaxt başa çatacağından birbaşa asılıdır.