İLQAR MAHMUDOV:”RAYONUN ƏN BÖYÜK PROBLEMLƏRİNDƏN BİRİ TİBBİ PERSONAL ÇATIŞMAZLIĞIDIR”

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qəçrəş kənd inzibati ərazi dairəsinin Qımılqazma kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, rayon Polis şöbəsinin rəis müavini, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilmış, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.