İLQAR MAHMUDOV ZEYİD KƏNDİNDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Buduq kənd inzibati ərazi dairəsinin Zeyid kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə Zeyid kənd ümumi orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsinin önünə gül dəstələri düzmüşdür. Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.