İLQAR MAHMUDOV XALTANDA SAKİNLƏRLƏ GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xaltan kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf, Quba rayonunda görülən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərini ətraflı bilgiləndirib. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, onların operativ həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilib.Kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Səyyar qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Xaltan kəndinin mərkəzində və Xaltan kənd tam orta məktəbində yaradılan şəhid xatirə guşələrini ziyarət edərək önünə gül dəstələri düzüb.