İLQAR MAHMUDOV QƏÇRƏŞ KƏNDİNDƏ VƏTƏNDAŞLARI DİNLƏDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qəçrəş kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Quba rayon

Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı bilgi verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.Qəçrəş kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Şahmərdanov İbrahim Abdulməcid oğlunun Qəçrəş kənd tam orta məktəbinin önündə qoyulmuş büstünün qarşısına gül dəstələri düzüblər.