İLQAR MAHMUDOV ALPAN KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞDÜ
Baxış sayı: 18
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alpan kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, eləcə də rayonda aparılan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə müvafiq şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Alpan kəndində yerləşən Şəhidlər xatirə kompleksini və Alpan kənd Folklor evinin qarşısında ucaldılmış Birinci Qarabağ müharibəsi şəhidi Şakir Muradovun büstünü ziyarət etmiş, önünə gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.
