Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, iyul-avqust aylarında Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçiriləcək.
Festivalın keçirilməsi üçün yaradılacaq “Yaylaq Yurdu” adlı etnoqəsəbədə Yaylaq bazarı (kənd təsərrüfatı) və Sənətkarlıq guşəsi fəaliyyət göstərəcək.
İyulun 26-28-də etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək. Festivala çoxlu sayda yerli qonaqların və xarici turistlərin gəlməsi gözlənilir.
Milli Yaylaq Festivalı sahibkarların, xüsusilə də sənətkarlıqla məşğul olan mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini təqdim etməsi, yeni əməkdaşlıq əlaqələri qurması üçün yaxşı imkandır.