İLK DƏFƏ OLARAQ QIZ QALASI MEMARLIQ ABİDƏSİNƏ VİRTUAL TUR TƏŞKİL EDİLİR

2020-ci il Azərbaycan xalqının milli irsi olan İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birlikdə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20-ci ildönümüdür.

Bu münasibətlə "İçərişəhər" Muzey Mərkəzi İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi kimi yeni bir layihəyə start verdi və ilk olaraq Qız Qalasından başladı.Qız Qalasının 3D virtual turu da ilk dəfə olaraq bütün mərtəbələr üzrə iki dildə məlumat nöqtələri, qalanın yuxarısından şəhərin panoramik mənzərəsi və öz veb saytınıza yerləşdirə biləcəyiniz virtual tur üçün keçid kodu vasitəsilə təqdim edilir.Bu formatda ilk dəfə təqdim edilən layihə Azərbaycanın bütün görməli yerlərinin rəqəmsal arxivləşdirilməsinin başlanğıcıdır. Mədəni irsin idarə edilməsi sahəsində obyekt haqqında məlumatların düzgünlüyü və peşəkar sənədlərin çox vacib olması baxımından 3D skan təqdimat bu işdə müstəsna rol oynayır. Bu funksiya gələcəkdə abidələrin qorunma və bərpa işlərində kömək edəcək həmçinin arxeoloji tədqiqatların aparılmasına da təsir edə bilən dəqiq və detallı məlumatlar yaradır.