İLK DƏFƏ KOSMOSA MÜLKİ HEYƏT YOLLANDI
Baxış sayı: 998
Yalnız mülki şəxslərdən ibarət heyətin olduğu “Crew Dragon” gəmisi “Falcon 9” raketi ilə Kanaveral burnundan start götürüb. Uçuşun təxminən üç gün davam edəcəyi gözlənilir. Dünya kosmonavtika tarixində ilk dəfədir ki, kosmik heyətdə bir nəfər də olsun peşəkar kosmonavt yoxdur. “Inspiration4” Missiyasına milyarder Cared Ayzekman, tədqiqatçı Sian Proktor, köməkçi həkim Heyli Arsenoks və ABŞ Hərbi Hava Qüvvələrinin veteranı Kristofer Sembroski daxildir.