Çöçü klubunun 2020-ci ildə ilk çölçü axını təşkil edilib. İlin ilk axını isə Qusarın Qalacıq kəndində yerləşən gölə olub. Qarlı qış mənzərəsini bütün gözəlliyi ilə görmək istəyənlər üçün “Çölçü Klubu”nun bu axını maraqlı anıları ilə yadda qalıb.
30-a yaxın axın qatlımçılarını ilk heyran edən Qalacıq kəndinəki gölə gedən yolun sıx ağaclarla örtülü meşədən keçməsi olub. Gölə qədər olan 1 saatlıq piyada yolu yorulmadan, usanmadan qət edən çölçülər yolboyu qarşılarına çıxan bütün çətinlikləri asanlıqla adlaya biliblər.Onlara güc verən isə komanda ruhunun, birlik ruhunun daha güclü olması olub. Gedilən yolun daha da maraqlı olması üçün qatlımçılara yolda qarşılarına çıxan istənilən əşyalardan və bitkilərdən bir məna yükü olan kompazisiya hazırlanması tapşırığı verilib. Qalib gələcək olan əl işinə hədiyyə veriləcəyin eşidən axın iştirakçıları yolboyu hazıralayacaqları kompazisiyalar haqqında düşünüblər. Budur sonunda Çölçü Klubu axın qatlımçıları ilə birlikdə gəlib Qalacıq kəndindəki Gölə yetişir. Gölə çatan kimi yol uzunu bir birindən daha maraqlı kompazisiyalar hazırlamağa çalışan qatlımçılar öz kompazisiyalarını təqdim edib, onun hansı məna daşıdığını deyiblər. Qalib gələn kompazisiya sahibi Altay maralından təbi kosemetik vasitələrlə mükafatlandırlıb.Qalib elan olunduqdan sonra çölçü süfrəsi açılıb. Hər çölçü axınında olduğu kimi bu dəfəki çölçü axınında da əcnəbi vətəndaşlar iştirak edib. Onların diqqətini Azərbaycanın doğasının gözəlliyi ilə birlikdə Çölçü klubundakı birlik ruhu, doğaya sevgi, doğanın tullantılardan təmiz saxlanmasına diqqət etmələri çəkib. Yemək fasiləsindən sonra çölçü axınlarını bir-birindən maraqlı edən çölçü oyunları oynanılıb. Oynanılan oyunlar arasında kəndir dartma, oxatma, başçını tap, kötük güləşi və s əyləncəli və sağlamlıq üçün faydalı olan çölçü oyunları olub. Oyunlarda daha diribaş iştirak edən və qalib gələn qatlımçılar Xan nəşriyyatlarından olan bir-birindən maraqlı kitablarla və Altay maraldan olan hədiyyələrlə dəyərləndirilib. Amma ilin ilk çölçü axını əyləncəsi bunlarla yekunlaşmadı. Gənc musiqiçilərin ifaları dinlənildi, davulun sədaları altında yallı rəqs yarışması keçirildi. Oynanılan oyunlardan sonra qatlımçılarla meditasiya keçirilib. İlin ilk çölçü axının sonunda xatirə şəkilləri çəkdirilib. Və sonda geri axın başlayıb. Xatırladaq ki, özündə biznesi, sənəti və elmi birləşdirən “Çölçü Klubu” 2015-ci ildə yaranıb. Klub yaradıcısı Eltən Qədimbəylinin rəhbərliyi altında bu günə qədər 30-dan çox çölçü axınları təşkil edilib. Axınlar zamanı çölün, doğanın insan yaşamındakı rolu, doğaya sevgi, sağlam yaşam, gələnəksəl çölçü oyunları təbliğ edilir. Çölçü axınlarına qatılan hərkəs hədəfə yetmək üçün bütün çətinləri aşmağı və qarşısına qoyduğu məqsədlərinə yetmək üçün göstərilən inadın uğurlu sonlandığını gözləri ilə görüb gələcəkdə başlamaq istədikəri işə daha yaxşı motivə edilirlər.