İLHAM ƏLİYEVİN ORBAN İLƏ MƏHDUD TƏRKİBDƏ GÖRÜŞÜ OLDU

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gəlib. Paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar. Mayın 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan Prezidenti və Macarıstanın Baş naziri birgə foto çəkdirdilər. Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü oldu.