İLHAM ƏLİYEV ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULAN “SURAXANI” YARIMSTANSİYASININ AÇILIŞINDA İŞTİRAK EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib. 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparıldı. 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparıldı. Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhalinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir. Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur.