Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasında Prezident İlham Əliyevin erməni baş naziri Nikol Paşinyanın Laçın postu ilə bağlı iddialarına cavabında
Xankəndi detalı da xüsusi diqqət çəkir.
Azərbaycan lideri erməni baş nazirin “Laçın dəhlizi bloklanıb” iddiasına cavabında “heç bir dəhlizin bloklanmadığını” dedi və qeyd etdi ki, Laçın-Xankəndi yolu açıqdır.
“Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir”, - Prezident qeyd edib.
Əliyev bununla Paşinyanı yerində oturtdu, lakin cavabında “Azərbaycan vətəndaşları və Xankəndi” detalını vurğulaması da səbəbsiz deyil.
Birincisi, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu Rusiyanın moderatorluq etdiyi platformada elan etdi və separatçıların bel bağladığı Moskvaya da mövqeyini çatdırdı;
İkincisi, bölgədə yaşamaq, həmçinin, Laçın postundan maneəsiz istifadə etməyin yeganə yolunun Azərbaycan vətəndaşlığını qəbul etmək olduğu mesajını verdi;
Əliyevin Paşinyana cavabı həm də masada əyləşən Putinə mesaj idi.