İKİNCİ NÜGƏDİ MƏKTƏBİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLƏCƏK
Baxış sayı: 374
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev İkinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.