II NÜGƏDİNİN İŞIQ PROBLEMİ HƏLL OLUNACAQ

 Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov İkinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi,

Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı bilgi verilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Lətifov Eynulla Niyətulla oğlunun İkinci Nügədi kəndində yaradılmış xatirə bulağı və İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbin qarşısında inşa edilmiş Şəhidlər xatirə kompleksi ilə tanış olub.