II MİLLİ YAYLAQ FESTİVALI YAXINLAŞIR

II Milli Yaylaq Festivalına sayılı günlər qalır. Festival bu ayın 29_31 _də Hacıkənd qəsəbəsinə yaxın ərazidə keçiriləcək. Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçiriləcək II Milli Yaylaq Festivalına hazırlıq işləri sürətlə davam edir. Festivalın keçiriləcəyi ərazidə yollara asfalt örtüyü salınır, yurd yerləri və digər tematik sahələrin qurulması prosesi həyata keçirilir. Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmiş və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.