İFLİC XƏSTƏLƏRİNƏ ÇİP YERLƏŞDİRİLİR

ABŞ-da ilk beyin kompüter interfeysinin kommersiya sisteminin kilinik sınaqlarına başlanılıb. İlkin mərhələdə sistemin təhlükəsizliyinin təsdiqlənməsi, eləcə də düşüncə gücünün rəqəmsal qurğularla effektiv işləmək qabiliyyətinin yoxlanılması həyata keçirilir. İmplantasiya zamanı çiplərin elektrodları qan damarlarından beyinə keçir və implantasiya əməliyyatı təxminən 2 saat çəkir. Daha sonra maşın beyin fəaliyyətini elektrik siqnallarına çevirməyə başlayır və üzərində eksperiment aparılan insana mətn mesajları , elektron poçt , on line alış veriş və digər işləri yerinə yetirməyə imkan verilir.