İnsanların sıx olduğu nəqliyyat vasitələrində xəstəliklərin mövcudluğu və yoluxma qaçılmazdır. Nəqliyyat vasitələrindəki xəstəliklərdən həm sərnişinlər, həm də
sürücülər eyni dərəcədə əziyyət çəkirlər. Yoluxucu xəstəliklərin yayılması üçün əla mühit olan ictimai nəqliyyat vasitələrində, xüsusilə də metro və avtobusda bakteriya və viruslar asanlıqla hava damcı və fiziki təmas yolu ilə ötürülür.Qeyd edək ki, metro və avtobuslarda vərəm və qızılca kimi yoluxucu və daha ciddi xəstəliklərə tutulma ehtimalı da yüksəkdir. Həmçinin, təkcə şəhər daxilində gündəlik istifadə edilən nəqliyyat vasitəsində deyil, həm də qatar və ya şəhərlərarası avtobusla nadir səyahətlər də eyni səviyyədə təhlükəlidir. Odur ki, həkimlərin də dediyi kimi özümüzün və ətrafdakıların sağlamlığını qorumaq üçün bu nəqliyyat vasitələrindən istifadə zamanı maska taxmaq məsləhətdir.