İCRA BAŞÇISINDAN NÜMUNƏVİ ADDIM

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə

talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev başda olmaqla İcra Hakimiyyəti Aparatının kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri bu xeyirxah aksiyada fəal iştirak ediblər.Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilirib. Aksiyaya qatılanlar talassemiyalı və hemofiliyalı xəstələrə kömək etmək məqsədilə növbə ilə qan veriblər.Həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin də dediyi kimi belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq. Qeyd edək ki, Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.