İCRA BAŞÇISI ZİZİK KƏNDİNDƏ MƏKTƏB BİNASININ VƏZİYYƏTİ İLƏ MARAQLANDI

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alekseyevka kənd inzibati ərazi dairəsinin Zizik kəndində vətəndaşların səyyar qəbulunu keçirib.Qəbuldan əvvəl Rayon rəhbəri

aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun və Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun bulaq-xatirə kompleksləri, həmçinin Zizik kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əliheydər Rüstəmovun büstü ilə tanış olub.Qəbulda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermilib.Kənd sakinlər i əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər.Qəbuldan sonra İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Zizik kənd tam orta məktəbinin mövcud binasının vəziyyəti ilə tanış olub.