Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xınalıq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Ağsaqqallar Şurasının sədri,
rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı bilgi verilib. Rayon rəhbəri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Xınalıq kənd internat tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Kəlbiyev Rüfət İbrahim oğlunun büstü ilə tanış olub.