Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin sədirliyi ilə Quba rayonunun ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
məqsədilə” yaradılmış Qərərgahın iclası keçirilmişdir. İclasda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonda suvarma suyu və içməli su sahəsində indiyədək görülmüş işlər, mövcud problemlər və həlli vacib olan məsələlər barədə geniş danışmış, qeyd olunan sahələrdə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunması, mövcud problemlərin qısa vaxt ərzində aradan qaldırılması və hər hansı bir problemə və neqativ hallara yol verilməməsi barədə aidiyyəti şəxslərə ciddi tapşırıqlar vermişdir.