İCRA BAŞÇISI SUSAYLILARIN DƏRDİNİ DİNLƏDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Aşağı Atuc kənd İnzibati Ərazi Dairəsinin Susayqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.