İCRA BAŞÇISI NÜGƏDİ KƏNDİNƏ AVTOMOBİL HƏDİYYƏ EDİB

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Birinci Nügədi kənd İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliy Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Polis şöbəsinin rəis müavini, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən məişət tullantılarının daşınması məqsədilə Rayon İcra Hakimiyyəti başçısının Birinci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə avtomobil hədiyyə olunmuşdur.