İCRA BAŞÇISI MİRZƏQIŞLAQ KƏNDİNDƏ OLUB
Baxış sayı: 423
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Birinci Nügədi kənd inzibati ərazi dairəsinin Mirzəqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.