İCRA BAŞÇISI KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Aşağı Tüləkəran kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis Şöbəsinin rəis müavini, Ağsaqqallar Şurasının sədri, rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.