Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Dağlı kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
Qəbulda Quba rayon Polis şöbəsinin rəis müavini, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Dağlı kəndində 44 günlük Vətən Müharibəsi şəhidi Yaşar Xudayevin bulaq-xatirə kompleksi, kəndin girişində və Dağlı kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələri ilə tanış olub.