Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin
Bağbanlı qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə Bağbanlı qəsəbə sakinlərinə ətraflı bilgi verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Bağbanlı qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə qəsəbənin Şəhidlər xatirə kompleksinin və Birinci Qarabağ Müharibəsi şəhidi Mütəllimov Rövşən Qəni oğlunun Bağbanlı qəsəbə tam orta məktəbinin önündə qoyulmuş büstünün qarşısına gül dəstələri düzüblər.
{youtube}sNr1sXgVDwE{/youtube}