İCRA BAŞÇISI ALPANLILARIN ŞİKAYƏTLƏRİNİ DİNLƏDİ
Baxış sayı: 443
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Alpan kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.