İCRA BAŞÇISI ALPAN KƏNDİNDƏ ŞƏHİDLƏR XATİRƏ KOMPLEKSİNİ ZİYARƏT ETDİ
Baxış sayı: 59
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alpan kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verildi. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişlər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Alpan kəndində yaradılmış Şəhidlər xatirə kompleksi və Alpan kənd Folklor evinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Şakir Muradovun büstü ilə tanış olub.