İCRA BAŞÇISI ALEKSEYEVKA KƏNDİNDƏ OLDU
Baxış sayı: 11
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Alekseyevka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulu keçirilib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasət, regionların inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər və rayonda icra olunan abadlıq-quruculuq tədbirləri barədə vətəndaşlar ətraflı bilgiləndirib. Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həll edilib, araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək icrası nəzarətə götürülüb. Müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması və vətəndaşlara müəyyən edilmiş müddətlərdə cavab verilməsi üçün məsul şəxslərə konkret tapşırıqlar verilib.Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun Alekseyevka kəndində yaradılan xatirə bulağının, Alekseyevka kənd tam orta məktəbinin qarşısında qoyulan Birinci Qarabağ müharibəsi şəhidi Rəhman Məmmədovun büstünün və təhsil müəssisəsində yaradılan Şəhidlərin xatirə guşəsinin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişdir.
