HƏRBİÇİLƏRİMİZ GERİ QAYTARILDI

Dekabrın 18 – də gündüz saatlarında Laçın rayonunun dövlət sərhəddi istiqamətində Azərbaycan ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət, hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyindən bildirilib ki, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 20- də geri qaytarılması təmin olunub.