HƏRBİ HELİKOPTERİMİZİN QƏZAYA UĞRAMASI İLƏ BAĞLI TƏHLİL

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin həlak olması, daha ikisinin isə yaralanması cəmiyyətdə ciddi rezonans doğurub. “Caliber” layihəsinin növbəti təhlilində məhz bu məsələyə toxunulub. Süjetdə qeyd olunub ki, faciə ilə bağlı rəsmi araşdırmanın nəticələrinin açıqlanmasını gözləməyən və cəmiyyətdə ajiotaj yaratmaq istəyənlər sosial şəbəkələrdə qəzanın səbəbləri ilə bağlı müxtəlif, o cümlədən hadisədə xarici xüsusi xidmət orqanlarının əlinin olması kimi cəfəng versiyalar irəli sürüblər. Lakin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin açıqlamasında qeyd olunub ki, helikopter təlimlərdə iştirak üçün Səngəçal aerodromundan havaya qalxıb və Qaraheybət təlim mərkəzinə eniş zamanı qəzaya uğrayıb.