HƏR BİR VƏTƏNDAŞ İCBARİ TİBBİ SIĞORTALANACAQ

Pilot layihə kimi fəaliyyət göstərən layihə 2020-ci il yanvarın 1-dən hər kəsə şamil olunacaq. 2020-ci ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta tam tətbiq ediləcək.

Bu məsələ ilə bağlı Quba Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta ilə bağlı son işlər gedir. 2 ildən artıqdır pilot layihə kimi təşkil olunan icbari tibbi sığortadan yeni ildən etibarən ölkənin hər bir vətəndaşı yararlanacaq. İlk əvvəl Mingəçevir, Yevlax və Ağdaş şəhərində tətbiq olunan layihə özünü doğruldub.Ölkədə icbari tibbi sığorta tətbiqinin tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, bununla yanaşı tibbi yardımın keyfiyyətinə nail olmaq məqsədi daşıyır.Quba rayon Mərkəzi Xəstəxanasından icbari tibbi sığorta ilə bağlı hansı işlər görüldüyü ilə tanış olduq. Bu tətbiq yeni olduğundan hər kəsi bir sual düşündürür görəsən buy sığorta fəaliyyəti əhali üçün hansı yeniliklər gətirəcək? Ölkədə dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub. Maliyyə dayanıqlılığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur