HOTELÇİLİK SƏNAYESİNİN NÜMAYƏNDƏLƏRİ PEYVƏND OLUNUBLAR

Dövlət Turizm Agentliyindən bildirilib ki, könüllü şəkildə peyvənd olunmaq istəyən hotellərin əməkdaşları həkim yoxlanışından sonra vaksinasiyadan keçiblər.Azərbaycan Hotel Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə reallaşan vaksinasiya prosesi mərhələli şəkildə həyata keçiriləcək.İlkin olaraq Azərbaycan Hotel Assosiasiyasının üzvü olan və Bakıda yerləşən hotellərin 420 nəfər, region hotellərin isə 575 əməkdaşının peyvənd olunması nəzərdə tutulub.Xatırladaq ki, aprelin 9-da Dövlət Turizm Agentliyinin kollektivi könüllü şəkildə koronavirusa qarşı vaksinasiyadan keçib. Vaksinasiya zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər çərçivəsində turizm sənayesinin nümayəndələrini dövlət tərəfindən yaradılan bu şəraitdən istifadə etməyə çağırıb.