HİNDLİLƏR "BOYCOT AZERBAİJAN" KAMPANİYASI BAŞLATDILAR
Baxış sayı: 24
Hindistanlı bloger və siyasətçilər ölkə vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırırlar. Bununla bağlı onlar X sosial şəbəkəsi vasitəsilə "Boycot Azerbaijan" kampaniyası başladıblar. Buna səbəb isə Hindistanın Pakistana hücumu ilə bağlı Azərbaycanın İslamabada dəstək nümayiş etdirməsidir. Qeyd edək ki, son 1 ildə Hindistandan gələn turistlərin sayı 2,1 dəfə artıb. Bu göstəriciyə görə, Hindistan Rusiya və Türkiyədən sonra Azərbaycana ən çox turist göndərən ölkədir. Belə ki, Azərbaycana gələn turistlərin təqribən 10%-i hindistanlılar olub.