HİNDİSTANDA BUZ QÜLLƏ
Baxış sayı: 754
İqlim dəyişikliyi xüsusilə kənd təsərrüfatının üstünlük təşkil etdiyi ərazilər üçün ciddi nəticələrə malikdir. Məsələn, Tibet buddizminin ikinci vətəni olan Hindistanın Ladax bölgəsində dağ buzlaqları azalıb və bu səbəbdən mövsümi buzların əriməsi intensivləşib. Bu isə yazda arpa sahələrini və ya alma bağlarını suvarmaq üçün gərəkən suyun çatışmazlığına səbəb olub. Buzlaqlardan gələn rütubət isə yalnız iyun ayında olur. Bunu belə görən mühəndis Sonam Vançuk əkin yerlərinə suyu vaxtında çatdırmanın yolunu tapır. Bu inavativ, lakin sadə layihə çoxlarının marağına səbəb olur. Başqa ölkələrdən də təklif alan Vançuk İsveçrədə Alp dağlarında Avropada ilk buz qülləsini tikir. Mühəndis Hindistanda həmçinin daşqınların qarşısını almaq üçün buzlaq göllərinin səviyyəsinə nəzarət etmək üçün sifon boru kəmərləri tikir. İndi o, hər il 10 hektar sahəni 10 milyon litr su ilə təmin edəcək daha 50 qüllə üçün boru kəmərləri çəkir.