HEYDƏR ƏLİYEV İRSİ PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN LAYİQİNCƏ DAVAM ETDİRİLİR

24 dekabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “ Konstitusiya və Suverenlik ili” çərçivəsində “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi və bu irsin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətçilik missiyası” mövzunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından geniş məlumat verdilər. Bildirildi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Möhtərəm prezidentimiz İlham Əliyevin dövlət maraqlarımızın qorunmasında prinsipial, qətiyyətli və ardıcıl fəaliyyəti Azərbaycanı beynəlxalq birliyin önəmli bir üzvünə çevirmişdir. Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu, gənclərin dövlətimizin ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi üçün silsilə addımlar atıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirdilər. Daha sonra gənclərlə fikir mübadıləsi aparıldı, Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı keçirilən məşğələlərdə fəal iştirak edən gənclərə sertifikartlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olundu. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.