HAZIR OLUN! HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞİR

Bu gündən başlayaraq oktyabrın 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.Ayrı-ayrı yerlərdə yəni, Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran və Lənkəran-Astara bölgələrində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Paytaxr Bakıda və Abşeron yarmadasında isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin verdiyi bilgiyə görə əsasən səhər və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın tempraturu gecə 15-19 dərəcə isti, gündüz 20-24 dərəcə isti olacaq.