HAYLARSIZ ZABUX KƏNDİ
Baxış sayı: 714
Əzəli və əbədi Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər əslində bir gün oranı tərk edəcəklərini bilməli idilər. Ancaq bir neçə gün bundan öncə Laçının Zabux kəndindən yayılan görüntülər onu deməyə əsas verir ki, onlar bunu heç vaxt düşünməyiblər. Elə buna görə də, oranı tərk etmək üçün vaxt verilən ermənilər xislətlərini biruza verərək əllərinə nə keçirsə yandırır, apara bildiklərini isə özləri ilə götürürdülər. Bu gün isə sosial şəbəkələrin erməni seqmentində 30 ildən çox müddətdə ermənistan tərəfindən işğal altında saxlanılan Laçın rayonunun Zabux kəndindən son görüntülər yayılıb. Artıq Zabux küçələrində heç bir erməniyə rast gəlinmir. Həm kənd, həm də saf sulu Zabux çayı 30 ildən çox yurd həsrəti ilə yaşayan əsl sahiblərini, yəni azərbaycanlıları gözləyir.