HAYLAR TÜRKİYƏYƏ YENƏ ŞƏR ATDILAR
Baxış sayı: 783
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsi və Milli Təhlükəsizlik Xidməti erməni mediasında türkiyəli hərbçilərin Ermənistanın Araqatsavan kəndində dövlət sərhədini keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə məlumatı Sərhəd İdarəsinin Mətbuat xidməti yayıb. “Sözügedən məlumat həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik rejimdə həyata keçirilir”, - deyə məlumatda deyilir. Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, guya türkiyəli üç hərbçi sərhədi keçərək erməni çobanları əsir götürüb. İddialara görə, çobanlar Rusiya tərəfinin köməkliyi ilə geri qaytarılıb.