HAYLAR SÜLHƏ YOX, MÜHARİBƏYƏ HAZIRLAŞIR
Baxış sayı: 48
Ermənistan ordusunun bir müddətdir Azərbaycanla şərti sərhəddə hazırlıq gördüyünə dair yayılan bilgi və görüntülər narahatlıq doğurub. Son günlərdə Tovuz rayonu istiqamətində mühəndis-istehkam işlərinin aparıldığı bildirilir. Ərazidə yeni atəş nöqtələrinin yaradıldığı, mövqelərdə təkmilləşdirmə işlərinin görüldüyü, kəşfiyyat üçün nəzərdə tutulmuş fortifikasiya qurğularının quraşdırıldığı və yeni alternativ yolların çəkildiyi müşahidə olunur. Mövcud vəziyyətdə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun tapşırıqları diqqət çəkir. Nazir aprelin 5-də keçirilən müşavirədə Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub və döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, son günlər Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən intensiv atəşə tutulur.Təbii ki, Azərbaycan Ordusu bütün təhdidlərə adekvat və operativ cavab tədbirlərini mütləq həyata keçirir və keçirəcək. Lakin Ermənistan növbəti dəfə regional təhlükəsizliyə ciddi təhdid yaradacaq addımları ilə əsl kimliyini ifşa etməyə davam edir.
#QafqazTV #MN #AzərbaycanOrdusu