HAVANIN TEMPERATURU 40 DƏRƏCƏYƏ ENİB

Azərbaycan ərazisində faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avqustun 18-i saat

9:00-a olan bilgiyə əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin 17-də günün ikinci yarısında Quba və Qusarda qısamüddətli az yağış yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə bir neçə dərəcə enərək Bakıda və Abşeron yarımadasında 31-36 dərəcə, Naxçıvan MR-da 35-40 dərəcə, Aran rayonlarında 34-38 dərəcə, Gəncə-Qazax zonasında 35-38 dərəcə, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti olub.