HAVANI ÇİRKLƏNDİRƏN SÜRÜCÜLƏR BİLGİLƏNDİRİLDİ
Baxış sayı: 624
Xaçmazda DYP əməkdaşları atmosferi çirkləndirən avtomobil sürücüləri ilə bağlı maarifləndirmə tədbiri keçiriblər
"Təmiz hava" aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, növbəti belə tədbir Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində təşkil olunub. Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.
Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə izahedici söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.