HAVA BİLGİSİ

İstirahət günlərində səyahətə çıxanlar üçün hava bilgisi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən bilgiyə görə,

Böyük və Kiçik Qafqazın bəzi yerlərində gün ərzində yağış yağacağı gözlənilir. Yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 21-26 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.