HANSI ABİDƏLƏRİMİZ İSLAM DÜNYASI İRS SİYAHISINA SALINDI?

Azərbaycanın üç abidəsi İslam Dünyası İrs siyahısına salındı.Azərbaycan tarixi abidələrinin zənginliyi və möhtəşəmliyi ilə dünyada seçilən ölkələrdən biridir.Gələn turistlərin heyranlıqla izlədikləri tarixi abidələrimizin bir çoxu beynəlxalq təşkilatların mədəni irs siyahısına salınıb.

Bu həftə hansı abidələrimizin belə siyahılara salındığını bilmək istəyirsinizmi? O zaman bizi izləməyə davam edin. Bu həftə Mərakeşin paytaxtı Ər-Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən,ölkəmizin İçərişəhər Qız Qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə, Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri bu siyahıya salınıb.Ümumiyyətlə,117 tarixi və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına, Yəməndə yerləşən 3 abidə isə İslam ölkələrində dağılmaq təhlükəsi olan abidələr siyahısına salınıb. Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması və qorunması sahəsində fəaliyyətin gücləndirilməsini hədəfləyir.