HAMBURGER TÜRK YEMƏYİDİR
Baxış sayı: 791
Çoxumuz işlərimiz çox olanda işə ara verib, ya yemək yemək istəmirik, ya da ayaqüstü nələrsə yeyirik. Ayaqüstü yeməklərin zərərləri haqqında çox danışıldığından bu dəfə bu zərərlərlə bağlı yox, ayaqüstü yeməklərin özü ilə bağlı bilgimizi bölüşmək istəyirik. Öncə ayaqüstü yemək qavramından başlayaq. Bu gün bütün dünyanın fəstfud adı ilə müxtəlif zərərli qidalar dünyaya çıxartdığı bu qavram əslində gerçək deyil. Beləki, “ayaqüstü” yeyiləcək yeməkləri ilk düşünən nə Amerikalılardı, nə də avropalılar. Və bu anlayış ilk ortaya çıxdığında bu yeməklərin insan orqanizminə heç bir zərərləri olmayıb. İlk ayaqüstü yeməkləri isə düşünən ən qədim insan svilizasiyalarından sayılan və tarixdə çoxlu sayda bəşəriyyətə faydalı tapıntıları olan Şumerlərə aiddi. Tarixi mənbələrə əsasən e.ə 2500-ci illərdə Şumerlilərə aid belə ayaqüstü yeməklər satan dükanlar da olub. Bu “ayaqüstü yemək” qavramı haqqında yanlış bilgilər olduğu kimi bu ayaqüstü yeməklər sırasında olan yeməklər haqqında da yanlış bilgilər dolaşmaqdadır. Bunlarda biri də Hamburgerdir. Haqqında dolaşan yanlış bilgi isə Hamburgerin alman mətbəxinə aid olmasıdır.